Venesuelaya qarşı tətbiq edilən sanksiyalar bu ölkədə iqtisadi böhranı daha da gücləndirib və insan hüquqlarının reallaşmasına əngəl olub.
Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk bu ölkəyə səfərinin sonunda deyib.
Türkün sözlərinə görə, Venesuela iqtisadi böhranı Karakasa qarşı sanksiyaların qəbulundan öncə yaranıb. Eyni zamanda, o, “2017-ci ilin avqustundan qüvvədə olan sektoral sanksiyaların iqtisadi böhranı daha da gücləndirdiyi və insan hüquqlarına maneəyə çevrildiyi aydın olduğunu” deyib.
Ali Komissar xatırladıb ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi “BMT-nin üzvü olan dövlətlərə insan hüquqlarına zərər vuran və humanitar vəziyyəti pisləşdirən tədbirləri dayandırmağı və ya geri götürməyi dəfələrlə tövsiyə edib”. O qeyd edib ki, bu çağırış təkcə Venesuelaya deyil, digər ölkələrə qarşı da tətbiq olunan birtərəfli məcburi tədbirlərə aiddir.