10 C
Baku
Sunday, December 22, 2024

BMW 1.5 milyon avtomobili əyləc sistemindəki problemlərə görə geri çağırıb

BMW 1.5 milyon avtomobili əyləc sistemindəki problemlərə görə geri çağırıb.

Bu barədə “Bild” məlumat yayıb. “Üçüncü tərəf istehsalçıları tərəfindən təchiz edilmiş inteqrasiya edilmiş əyləc sistemi (IBS) problemlərə səbəb olur”, – şirkət ətraflı məlumat vermədən elan edib.

BMW üçün bu, yüz milyonlarla avroluq əlavə zəmanət xərcləri ilə nəticələnəcək. Şirkət bu il üçün mənfəət proqnozuna yenidən baxmağa məcbur olub. Şirkətin səhmləri dərhal 7% ucuzlaşıb və tendensiya aşağıya doğru davam edir.

Almaniya avtomobil sənayesindəki yeganə problemlər bunlar deyil: “Volkswagen” bundan əvvəl genişmiqyaslı ixtisar proqramı və mümkün zavodların bağlanması barədə məlumat vermişdi.

Son xəbərlər
Digər xəbərlər