Almaniyanın “BMW” avtomobil istehsalçısı ABŞ-da elektriklə işləyən avtomobillərin istehsalına 1.7 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
“Bu, indiyə qədər etdiyimiz ən böyük investisiyadır”, – deyə “BMW Group”un baş direktoru Oliver Tsipse söyləyib. Bu məbləğdən 1 milyard dollar Cənubi Karolina ştatının Partanburq şəhərindəki zavodun təmirinə, 700 milyon dollar isə Vudruff şəhərində elektrik avtomobillər üçün akkumulyator istehsalı zavodunun tikintisinə sərf olunacaq.
“BMW” 2030-cu ilə qədər ABŞ-da ən azı altı elektrikli avtomobil modeli istehsal etməyi planlaşdırdığını söyləyib.