15 C
Baku
Sunday, November 24, 2024

“BMW” Avropada elektromobil satışında “Tesla”nı geridə qoyub

İyulda “BMW” Avropa İttifaqında 14 869 (iyun ayı ilə müqayisədə demək olar ki, üçdə bir dəfə çox), “Tesla” isə 14 561 elektrikli avtomobil satıb, “Bloomberg” yazır. Alman şirkətinin uğurunun əsas səbəbi yeni buraxılan “i4” və “iX1” modelləri olub, Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir.

Buna baxmayaraq, illik müqayisədə “Tesla” Avropa bazarının lideri olaraq qalır. Yanvar ayından bəri o, 180 min avtomobil satıb. Qeyd edək ki, elektrikli avtomobil satışı üzrə üçüncü yeri “Volkswagen” şirkəti tutur.

İyulda idxal tariflərinin qalxmasından sonra Çin elektrikli avtomobillərinin Aİ-də satışı 45% azalıb. Ən yüksək rüsum 37% (“SAIC”), ən aşağı isə 9% (“Tesla”) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər