13 C
Baku
Saturday, May 18, 2024

BMW Çindəki zavoda $2.8 mlrd. sərmayə qoyur

Alman avtomobil istehsalçısı “Bayerische Motoren Werke AG” (BMW) Şenyanda istehsal bazasına daha 20 milyard yuan (2.8 milyard dollar) sərmayə qoyacaq. Vəsait “BMW Brilliance Automotive Ltd” zavodunun modernləşdirilməsinə və texnoloji yeniliklərin tətbiqinə sərf olunacaq.

“Planlaşdırılan investisiya təkcə Çin iqtisadiyyatının uzunmüddətli inkişafı perspektivlərini deyil, həm də tərəfdaşlarımızla gələcək qarşılıqlı faydalı əməkdaşlığa inamımızı nümayiş etdirir”, – BMW-nin İdarə Heyətinin sədri Oliver Zipse bildirib.

O qeyd edib ki, 2026-cı ildə yeni nəsil BMW avtomobillərinin ilk modelləri Şenyanda konveyerdən çıxacaq.

Son illərdə BMW ən böyük istehsal bazasının yerləşdiyi Şenyanda investisiyalarını artırır. 2023-cü ilin noyabrında BBA ümumi sərmayəsi 10 milyard yuan olan yeni akkumulyator fabrikinin əsas binasının tikintisini tamamlayıb.

2023-cü ildə BMW Çin bazarına ümumilikdə 820 mindən çox BMW və Mini avtomobil modelini tədarük edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər