Almaniyanın avtomobil istehsalçısı “BMW Group” 2023-cü ilin üçüncü rübü və ilk doqquz ayı üzrə nəticələrini təqdim edib. Şirkətin ümumi gəliri 38.4 milyard avro təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 3.4% çoxdur.
Bununla belə, “BMW Group”un Çində satışların 1.8% azlıb. Şirkət üçüncü rübdə analitiklərin daha təvazökar 9.6% gözləntiləri ilə müqayisədə xalis mənfəət marjasını 9.8%-ə çatdıra bilib.
Gəlirin artıması elektrik avtomobillərin satışlarının ötən illə müqayisədə daha çox olması ilə əlaqələndirilir. Qeyd olunur ki, üçüncü rübdə 93.9 min elektrik avtomobili satılıb ki, bu da bir il əvvəlkindən 79.6% çoxdur. İlin əvvəlindən isə “BMW Group”un tam elektriklə işləyən modellərin satışı 246.9 min ədəd təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92.6% yüksəkdir.
İnvestorlar şirkətin rüblük hesabatına müsbət reaksiya veriblər – ticarətin ilk saatlarına kotirovkalar 2% bahalaşıb.