BMW icazə verilməyən avadanlıqdan istifadə etdiyinə görə cərimələnib

0

Avtomobil istehsalçısı olan BMW tullantı qazlarının təmizlənməsi sistemlərinə nəzarət üzrə icazə verilməyən avadanlıqdan istifadə etdiyinə görə 8,5 milyon avro cərimə ödəyəcək.

 Bu barədə DPA agentliyi Münhen Prokurorluğunun məlumatlarına istinadən məlumat verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, prokurorluq şirkətə qarşı 2018-ci ilin əvvəlində iddia qaldırmışdı. O zaman “BMW 750xd” və “M550xd” modellərindən olan 7,6 min avtomobilə quraşdırılmış mexanizmlərin işində uyğunsuzluq olduğu aşkar edilmişdi.