10 C
Baku
Sunday, December 22, 2024

BMW oturacaqların qızdırılması abunəliyini ləğv edir

Alman avtomobil istehsalçısı BMW şirkəti oturacaqların qızdırılması abunəliyini ləğv etmək qərarına gəlib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Müştərilər “eyni şey üçün iki dəfə pul ödədiklərini” hesab etdiyinə görə, xidmətə tələb olmayıb.

Avtomobil konserni vurğulayır ki, qızdırılan oturacaqlar əlavə seçim olaraq qalacaq və avtomobil alarkən müştərinin istəyinə uyğun olaraq aktivləşdiriləcək.

“Biz düşünürdük ki, müştərilərə istənilən vaxt onu aktivləşdirmək imkanı ilə əlavə xidmət təklif edirik, lakin tələb o qədər də böyük deyil. İnsanlar artıq bir dəfə ödədikləri bir şey üçün yenidən pul vermək istəmirlər”, – deyə şirkətin satış və marketinq üzrə direktorlar şurasının üzvü Peter Nota söyləyib.

Xatırladaq ki, qızdırılan oturacaqlara abunə 2022-ci ilin iyul ayında Böyük Britaniya, Almaniya, Yeni Zelandiya, Cənubi Koreya və Cənubi Afrika daxil olmaqla bir sıra ölkələrdə  aktivləşdirilib. Xidmətin qiyməti ayda 18 dollar, ildə – 180 dollar, üç ildə – 300 dollar, məhdudiyyətsiz isə 415 dollar təşkil edib.

2016-cı ildən BMW daha bir xidməti – Apple CarPlay-i işə salıb. Onun qiyməti ildə 80 dollar olub. 2019-cu ildə şirkət proqramdan imtina edib.

Son xəbərlər
Digər xəbərlər