“BMW” qiyməti $12 min olan elektroskuter təqdim edib – Foto

“BMW” şirkəti qiyməti 12 min dollar olan “Motorrad Definition CE 04” elektroskuterini təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, avtomobil istehsalçısı elektrikli skuterlərin istehsalına başlamaq niyyətində olduğunu 2020-ci ildə deyib.

Elektroskuterin maksimum sürəti 120 km/s təşkil edir. Verilən məlumata görə, nəqliyyat vasitəsinin akkumulyatorunun tutumu 8.9 kVt-dır və o bir dəfəyə 130 km qət edə bilir. Qeyd edək ki, sürücü üç rejim arasında seçim edir: ECO, Rain və Road.

Bundan əlavə, elektroskuter 10.25 düymlük rəngli ekranla təchiz edilib. Onun vasitəsilə naviqator funksiyasından istifadə etmək və smartfonu zaryadkaya qoymaq mümkündür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.