6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“BMW” rəngini dəyişən yeni elektrikli krossoverini təqdim edib – Video

“BMW” şirkəti saniyələr ərzində rəngini dəyişən yeni “iX” krossoverini təqdim edib.

Banker.az xəbər verir ki, verilən məlumata görə, avtomobilin videosunu “Twitter”də “Out of Spec Studios” adlı istifadəçi yerləşdirib.

Videodan göründüyü kimi, “iX” rəngini dəyişir: əvvəlcə avtomobil tünd boz, sonra ağ, sonra isə ağ-boz olur. Qeyd olunur ki, avtomobilin boyası temperatura qarşı həssasdır.

Dekabr ayında istehsalçı təsdiqləyib ki, o, “bir düymə ilə rəngi dəyişdirən texnologiya” təqdim edəcək. Bunun necə işlədiyinə dair təfərrüatlar hələ ki mövcud deyil.

Son xəbərlər
Oxşar xəbərlər