13 C
Baku
Tuesday, May 7, 2024

“BMW” Rusiyada 37 min avtomobili geri çağırır

“BMW”nin Rusiyadakı törəmə şirkəti X5 (E70), X6 (E72) və X6 (E71) markalı 37 276 avtomobili geri çağıracaq. İlin əvvəlindən bu yana ikinci dəfədir ki, “BMW” Rusiyada avtomobillərini geri çağırır.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Geri çağırılan avtomobillər 2006-cı ilin noyabrından 2014-cü ilin iyununa qədər istehsal edilib. Qərara səbəb sürücü və ön sərnişin üçün təhlükəsizlik yastıqlarında yarana biləcək problemlər olub.

Təsirə məruz qalan avtomobillərin sahiblərinə avtomobili ən yaxın dilerə aparmaları barədə məlumat veriləcək. Bütün təmir işləri sahibləri üçün pulsuz həyata keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər