23 C
Baku
Tuesday, May 28, 2024

“BMW” Rusiyaya tədarükünü dayandırır

Mövcud geosiyasi vəziyyətlə əlaqədar “BMW Group” Rusiya bazarına tədarükü, eləcə də yerli istehsalı dayandırır.

Banker.az xəbər verir ki, “Vəziyyətin inkişafı əsasında əlavə qərarlar veriləcək”, – deyə avtoholdinq bildirib.

“Hazırda biz ehtiyat hissələrinin məhdud təchizatı kontekstində müştərilər qarşısında zəmanət öhdəliklərimizi tam yerinə yetirməyə imkan verəcək həllər üzərində işləyirik. Həmçinin müştərilərimizin avtomobillərinə “BMW Group”un bütün standartlarına uyğun xidmət göstərməyə davam edəcəyik”, – şirkət izah edib.

Rusiya fevralın 24-dən prezident Vladimir Putinin göstərişi ilə Ukraynada xüsusi hərbi əməliyyat keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər