17 C
Baku
Sunday, May 19, 2024

“BMW” satışlar üzrə “Mercedes”i geridə qoyub

2015-ci ildən bəri ilk dəfə “BMW” illik satılan premium avtomobillərin sayına görə “Mercedes”i ötüb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin satış rəhbəri Piter Not” LinkedIn”də yazıb. Satış rəqəmlərinin yanvarın 12-ində açıqlanacağı bildirilir.

2021-ci ilin doqquz ayının nəticələrinə əsasən, “BMW” eyniadlı brend altında 1.7 milyon avtomobil satıb – “Mercedes”dən 112 min çox.

2021-ci ildə avtomobil istehsalçıları qlobal çip çatışmazlığı ilə qarşılaşıb. Nəticədə bir çox istehsal xətlərində fasilələr yaranıb. “BMW” bu problemdən rəqiblərinə nisbətən daha az əziyyət çəkib.

2021-ci ilin üçüncü rübündən sonra tədarük zənciri böhranın pik nöqtəsinin sona çatması ilə bağlı proqnozlar hələ də özünü doğrultmayıb. “Mercedes”in mətbuat xidməti ərəfəsində bildirilib ki, kəsir 2022-ci ilin birinci yarısında da hiss olunacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər