19 C
Baku
Saturday, May 25, 2024

“BMW” şirkəti az gəlir gətirən modellərdən imtina edəcək

Xərclərin azaldılması strategiyası BMW şirkətini az gəlir gətirən modellərdən imtina etməyə məcbur edir. Alman istehsalçısı X2, Z4 və 6 Series GT modellərindən imtina etməyi düşünür.

Yeni zavodların inşasına və elektrik ötürməsinə keçməyə qoyulan sərmayələr BMW şirkətinə ciddi maliyyə təzyiqi göstərir. Buna görə, şirkət xərclərin azaldılması yollarını axtarmağa və digər istehsalçılarla birgə işləməyə üstünlük verir. Məsələn, BMW artıq Jaguar Land Rover ittifaqına mühərrikləri göndərməyə başlayıb. Lakin, «Automobile» nəşrinin bildirdiyinə görə, BMW şirkəti əsasən Daimler konserni ilə tərəfdaşlığa ümid bəsləyir.
82383 src

Artıq, alman markasının model xəttindən 3 Series GT çıxarılıb və bir sıra modellərin də davamı olmayacaqdır. Məsələn, 2 Series kabrioleti, 6 Series GT, standart bazalı 7 Series sedanının, ikiqapılı 8 Series modellərinin və X2 krossoverinin yeni nəslini gğzləmək lazım deyil.

Bununla belə, BMW i3 və i8 modellərinin davamçıları olacaqdır. Birinci model daha güclü varianta, ikinci model isə yanacaq elementləri ilə çalışan versiyaya sahib olacaq. Eyni zamanda, BMW rəhbərliyi X8 modelinə yaşıl işıq yandırıb. Bu krossover M Performance və hibrid qurğulu X8 M variantlarında təklif ediləcəkdir.

©Autograph.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər