Alman avtomobil istehsalçısının Rusiya Federasiyasındakı rəsmi təmsilçisi “БМВ Русланд Трейдинг” 22286 avtomobili geri çağıracaq.
TASS informasiya agentliyinin yaydığı məlumata istinadən, geri cağırılan avtomobillər 2003-2010-cu illər aralığında istehsal olunan BMW 5 və BMW 6 seriyalarına məxsus avtomobillərdir. Səbəb kimi, avtomobilin akkumlyatorunda aşkar edilən defekt göstərilib.
©BBN