“Mercedes-Benz”in ardınca Almaniyanın “BMW” və “Audi” avtomobil istehsalçıları Rusiya dilerlərini proqram təminatından ayırıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Xidmətin nümayəndəsi xəbərdarlıq edib ki, rəsmi “BMW ConnectedDrive” tətbiqinin də məhdudlaşdırılacağını gözləmək lazımdır, onun vasitəsilə məsafədən alışma, avtomobili qızdırmaq, yanacaq səviyyələrini izləmək, yeniləmələr və geri çağırma haqqında məlumat əldə etmək mümkündür.
“Audi” sahiblərində də oxşar problemlər yaranıb. Bu brendin rəsmi dilerlərindən birində adının açıqlanmasını istəməyən menecer bildirib ki, iki ay əvvəl “Audi” sahibləri üçün proqram təminatına giriş məhdudlaşdırılıb.
Lakin bundan da çıxış yolu var. Məsələn, bəzi dilerlər Avropa IP ünvanları vasitəsilə xidmətlərə qoşulur və ya digər firmalarla əlaqə saxlayır. “Mercedes–Benz” konserni Rusiyada istehsalın və ölkəyə avtomobillərin tədarükünün dayandırılması qərarını ötən ilin martında, Ukraynada hərbi əməliyyatların başlamasından az sonra elan edib. Payızda o, Rusiya bazarını tərk etmək qərarına gəlib.