19 C
Baku
Sunday, April 14, 2024

BMW-yə bitkoin “qazıntı”sı üçün avadanlıq quraşdırıldı – FOTO

Kriptovalyuta “qazıntı”sı ilə məşğul olan Saymon Birn BMW i8 elektrik avtomobilinə altı ədəd güclü GeForce RTX 3080 videokartı quraşdırıb.

Ukraynanın “Rakurs” portalı xəbər verir ki, yenilik həvəskarı olan “ixtiraçı” “qazıntı” avadanlığının avtomobilin akkumulyatoru vasitəsilə qidalandığını bildirib.

Videokartların istilik hasil etməsi səbəbindən avtonun yük hissəsinin qapağı həmişə açıq qalmalıdır.

Saymon öz “ixtirasının” praktik cəhətdən nə dərəcədə əlverişli olması barədə heç nə deməyib. Amma hər halda, yük hissəsinin qapağının açıq vəziyyətində avtomobili idarə etmək mümkün deyil.

1 11

Son xəbərlər
Digər xəbərlər