Almaniyanın avtomobil istehsalçısı “BMW” yeni sinif elektrikli avtomobillərinin ilk modelini – iX3 SUV-u təqdim edib. Şirkət qarşıdakı aylarda daha bir neçə modeli bazara çıxarmağı planlaşdırır.
“BMW”nin baş icraçı direktoru Oliver Zipse təqdimatda iX3 modelinin şirkətin ən böyük gələcək layihəsinin başlanğıcı olduğunu vurğulayıb.
Bu konseptin uğur və ya uğursuzluğunun BMW-nin gələcək perspektivləri üçün həlledici olacağı bildirilir. Elektrik avtomobilinin sürəti 800 kilometrə qədər artırılıb, batareya və mühərrik səmərəliliyi yüksəlib, doldurma vaxtı qısalıb, kompüter sürəti artırılıb.
“BMW” iX3 üçün xüsusi texniki platforma hazırlayıb və növbəti iki il ərzində bu platformada ən azı beş yeni model istehsal olunacaq. Şirkət milyardlarla avro investisiya ilə bu platformanı tam elektrik formata uyğunlaşdırıb.
Ekspertlər xüsusilə Çin bazarında bu layihənin uğur qazanmasının vacib olduğunu qeyd edirlər. Avtomobilin texnologiyası, proqram təminatı və qiymət strategiyası burada həlledici rol oynayacaq. iX3-ün minimum bazar qiyməti 68,9 min avro müəyyən edilib.
“BMW” iX3 Macarıstanda istehsal olunacaq. Analitiklər bildirirlər ki, bu, şirkətə elektrik avtomobillərinin mənfəət marjasını yaxın illərdə artırmaq imkanı verəcək. O.Zipse şirkətin ümumi avtomobil biznesində 8-10 faiz mənfəət marjası hədəfinin dəyişmədiyini qeyd edib.