Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobuslarının sürücülərinə SMS məlumatlandırma vasitəsilə göstəriş verilib.