Hazırda paytaxtın Mikayıl Useyinov küçəsi ilə Azneft meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində müşahidə olunan sıxlıq səbəbindən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında 10-15 dəqiqə ləngimələr var.
Bu barədə Bakı Nqəliyyat Agentliyindən (BNA) məlumat verilib.
Vahid Dispetçer Xidmətinin məlumatına görə, bu dəqiqlərdə 10-dan artıq avtobus sıxlıqda qalmaqdadır ki, bu da onlarla insanın lüzumsuz vaxt itirməsi deməkdir.
Həmin istiqamətdə avtobusların rahat və maneəsiz hərəkəti üçün xüsusi zolaq təşkil olunub. Lakin digər sürücülərin zolağın tələbinə riayət etməməsi xüsusilə də pik saatlarda avtobusların hərəkətini əhəmiyyətli dərəcədə çətinləşdirir. Nəticədə Azneft dairəsi – İçərişəhər, eləcə də Azneft dairəsi – Neftçilər prospekti – 28 May və əks istiqamətlərdə dayanacaqlarda sərnişinlər uzunmüddətli gözləməli olurlar.
BNA bir daha fərdi avtomobil sürücülərini sosial anlayış nümayiş etdirərək avtobus zolağının tələbinə ciddi riayət etməyə çağırır.