7 C
Baku
Thursday, December 12, 2024

BNA düzgün parklama əməliyyatlarını aşkarlayan cihaza görə 671 min manatlıq proqram təminatı alır

Publik hüquqi şəxs olan Bakı Nəqliyyat Agentliyi (BNA)  “İnfodif Yazılım ve Bilişim Teknolojileri San. Tic.” A.Ş. ilə satınlama müqaviləsi bağlayıb.

Banker.az-ın məlumatına görə, foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazları üçün yeni qurulan sistemin fəaliyyətinin təmin olunması məqsədilə kameraların iş prinsipindən asılı olmayan görüntü emalı proqram təminatı (Image Processing Software) və dəstək xidmətlərini satın alınması ilə bağlı müqavilə bağlanılıb.

Bildirək ki, buna görə, BNA Türkiyə şirkətinə 671,5 min manat vəsait ödəməli olacaq.

Digər  47 min manatlıq müqavilə ilə isə bu şirkətlə pilot layihə üzrə svetoforlar üçün idarəetmə məntəqəsinin təşkili işlərinin həyata keçməsi üçün müqavilə imzalayıb.

Xatırlatma!

Prezidentin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir;
  • yol hərəkətinin təşkilində iştirak edir;
  • nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;
  • nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir;
  • sərnişindaşıma sahəsinin inkişafını təmin edir.

 

Son xəbərlər
Digər xəbərlər