BNA “ictimai nəqliyyatın intellektual idarəedilməsi” üçün bu şirkətə 2 milyondan çox pul ödəyəcək

Bakı Nəqliyyat Agentliyi

Bakı Nəqliyyat Agentliyi Publik Hüquqi Şəxs “Smartech System” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 2 milyon manatlıq müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün 12 (on iki) aylıq texniki dəstək xidməti nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 2 milyon 166 min 480 manatdır.

Bildirək ki, “Smartech System” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10010 AZN və qanuni təmsilçisi Kamal Novruzov Yusif oğludur.