15 C
Baku
Wednesday, September 24, 2025

BNA ictimai nəqliyyatın marşrut xətlərinin planlaşdırılması üçün 4 milyon manat xərcləyəcək

Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Aris” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı və onunla əlaqədar mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 3 498 317 manatdır.

Qeyd edək ki, “Aris” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Ruslan Haqverdiyevdir.

Son xəbərlər
Digər xəbərlər