21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

BNA müvəqqəti keçid vərəqələri paylamağa başlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Bakı Nəqliyyat Agentliyi (BNA) “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı yaşayış məntəqəsi bağlanan və məhdudiyyət qoyulan ərazilərə təsadüf edən şəhər sakinlərinə avtomobillər üçün müvəqqəti keçid vərəqələri paylamağa başlayıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva məlumat verib.

Onun sözlərinə görə, bu vərəqələr üç bağlı zona üzrə təqdim olunacaq: “Vərəqlərin verilməsi iyunun 6-dək davam edəcək. Mənzil İstismar Sahələri, İçəri Şəhər Dövlət Qoruğu üzrə vərəqələr paylanır. Sakinlərə xatırlatmaq istərdim ki, lazımi məlumatları BŞH-nin veb-saytından götürsünlər və aidiyyatı üzrə müraciət edərək, həmin vərəqələri alsınlar. Məhdudiyyətlər keçici xarakter daşıyır və anlayışla qarşıladıqları üçün sakinlərə təşəkkür edirəm”.

Ayan Nəcəf-Ağayeva bildirib ki, bulvar ərazisində hərəkət məhdudiyyəti olmayacaq: “Yalnız Hilton oteli yaxınlığındakı keçid yarış məqsədilə istifadə olunduğu üçün həmin ərazidə məhdudiyyət tətbiq olunacaq. Sakinlərin onun yaxınlığındakı Rəşid Behbudov küçəsində yerləşən keçiddən istifadə etmələrini tövsiyə edirəm”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda Bakıda keçiriləcək.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər