9 C
Baku
Sunday, November 17, 2024

BNA “Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi” üçün ₼2 milyon xərcləyəcək

Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Smartech System” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2.166.480 AZN-dir.

Qeyd edək ki, “Smartech System” Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 10010 manatdır və qanuni təmsilçisi Fərid Məmmədovdur.

Son xəbərlər
Digər xəbərlər