17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

BNA-nın sədri “parkovşik”lərdən danışdı: “Onların arxasında himayədarı var”

Screen Shot 2021 09 02 at 14.34.20

“Parkovşik” adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyatı yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarları var”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

“Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”, – deyə o, qeyd edib.

V.Kərinli əlavə edib edib ki, parklanma məsələsi qaldırılanda fərqli kanallardan və istiqamətlərdən qara piar aparılır: “Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablanmadan investisiyanı cəlb edə bilmirik.

Parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, “parkovşik” məsələsi qalmayacaq. Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb”

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər