12 C
Baku
Cümə axşamı, May 26, 2022

BNA qurumda aşkarlanan qanunsuzluqlara aydınlıq gətirib

Bakı Nəqliyyat Agentliyinin 2020-ci il üzrə təsərrüfat fəaliyyəti Hesablama Palatası tərəfindən audit olunub. 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Hesablama Palatasının tövsiyələri nəzərə alınmaqla həll edilir.

BNA-dan verilən xəbərə görə, yoxlama başlayan tarixə qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 ədəd avtobusdan 395 ədədi Bakı şəhərinə idxal olunub. 20 ədəd avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqlardan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatıdırlma prosesi ləngimədən həyata keçirilib. 415 ədəd avtobusun idxalı tam yekunlaşdıqdan sonra müvafiq dövlət orqanına nizamnamə kapitalının artırılması üçün müraciət olunub.

Qeyd edək ki, Hesablama Palatasının BNA-da keçirdiyi yoxlama nəticəsində məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli fərmanına əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatın İntellektual idarəetmə Mərkəzi MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi çərçivəsində müəyyən işlər görülüb. Ancaq tapşırığın tam şəkildə icra olunmadığı, dövlət büdcəsinin investisiya xərcləri hesabına Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə 165 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması (2018-ci il 16 noyabr tarixli və 2020-ci il 03 aprel tarixli müqavilələrlə) əməliyyatları başa çatmadığı üzə çıxıb. Eyni zamanda həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində Nazirlər Kabinetinin 2010-cu il 22 oktyabr tarixli, 183 nömrəli qərarının tələbləri çərçivəsində həmin investisiya qoyuluşunun aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.

 

 

MənbəApa.az
Son xəbərlər
Oxşar xəbərlər