Bakı Nəqliyyat Agentliyi “Real Təhlil İnformasiya Mərkəzi” MMC (RealTV) ilə 1 illik satınlama müqaviləsi imzalayıb.
Banker.az-ın xəbərinə görə, nəqliyyat agentliyi bununla bağlı “Real Təhlil İnformasiya Mərkəzi” MMC ilə 70,8 min manatlıq müqavilə imzalayıb.
Məlumatda qeyd edilir ki, bununla “RealTV” xidmət sahələri ilə əlaqəli məlumatların geniş auditoriyaya çatdırılması, reportajların (sujetlərin) hazırlanması işlərini həyata keçirəcək.
Xatırladaq ki, “Real TV” 2018-ci ilin fevralından onlayn yayımlansa da 2019-cu ilin mayından ümumirespublika üzrə yayıma başlamışdır.