“Binance” birjasının BNB tokeni bazar kapitallaşmasına görə BTC və ETH-dən sonra üçüncü yerə yüksəlib. Hazırda onun qiyməti təxminən 1300 dollar, ümumi kapitallaşması isə 180 milyard dollar təşkil edir.
Beləliklə, BNB tokeni XRP, USDT və Solana (SOL) tokenini geridə qoyub. Token demək olar ki, hər gün tarixi maksimumu yeniləyir. 2025-ci ilin əvvəlindən bəri BNB-nin qiyməti 85% artıb.
“Forbes”un qiymətləndirməsinə görə, bu, birjanın qurucusu Çanpen Çjaoya (Changpeng Zhao) təxminən 89,7 milyard dollarlıq sərvət qazandırıb. Bu göstərici onu dünyanın ən varlı 21-ci adamı edir. Lakin Çjao bu qiymətləndirməni “şişirdilmiş” adlandırıb.