21 C
Baku
Tuesday, May 21, 2024

BNP Paribas: ticarət müharibəsini texnoloji müharibə əvəz edəcək

Çin və ABŞ arasında ticarət müharibəsi davam edir və bu qarşıdurma çərçivəsində tətbiq olunan tariflər bazarlar üçün ən vacib risk olaraq qalır.

Banker.az xəbər verir ki, BNP Paribas iqtisadçısı Çi Lo-nun sözlərinə görə, ticarət müharibəsi gec və ya tez başa çatsa da, texnoloji müharibə davam edəcək.

Amerika tərəfi danışıqlar aparmaq üçün Çinə gedəcək və dünyanın iki böyük iqtisadiyyatı ticarət məsələləri üzrə razılığa gəlməyə çalışacaqlar.

“Çox güman ki, yaxın aylarda müvəqqəti müqavilə bağlanacaq”, – deyə Çi Lo əlavə olaraq qeyd edir. Cümə günü mütəxəssis bildirib ki, tərəflər arasında müvəqqəti müqavilə bağlandığı təqdirdə, onlar “bir sıra məsələləri həll etmək üçün uzunmüddətli danışıqlara hazırlıqlar” görməyə hazırdırlar.

ABŞ prezidenti Donald Tramp, tariflərdən istifadə edərək yalnız ticarət məsələlərini deyil, milli təhlükəsizlik üçün əsas təhdidlər və texnologiyaların ötürülməsi təhlükəsi kimi problemləri həll etməyə çalışır.

Lo hesab edir ki, bazarın dəyişkənliyi baxımından ticarət müharibəsi “makrorisklərə əhəmiyyətli təsir göstərməyəcək”.

Ticarət müharibəsinin təsir göstərdiyi əsas sahələrdən biri texnologiyalar olacaq. Belə ki, yaxın aylarda və ya illərdə texnologiya sektorunda mübahisələrin güclənməsi gözlənilir.

“Gələcəkdə texnologiya sektoru öz diqqətini ticarət müharibəsi riski üzərində cəmləşdirəcək”.

ABŞ və Çin arasındakı ticarət müharibəsi təkcə iqtisadiyyata deyil, eyni zamanda milli təhlükəsizlik sisteminə də toxunur.

Milli təhlükəsizlik üçün əsas təhdidlərdən biri isə 5G şəbəkəsidir. Bu texnologiya internetin sürətini artıracaq, video məzmunu daha effektiv şəkildə emal etməyə kömək edəcəkdir.

Bu gün 5G şəbəkəsi dünyanın ən böyük iki iqtisadiyyatı arasında gedən texnologiya müharibəsinin əsas elementlərindən biridir.

Lo hesab edir ki, ABŞ və Çin arasındakı “soyuq müharibə” nin əsas istiqaməti də məhz 5G şəbəkəsi olacaqdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər