12 C
Baku
Saturday, November 23, 2024

“BNP Paribas” yeni neft-qaz layihələrinin maliyyələşdirilməsini dayandırıb

Fransanın “BNP Paribas” bank-maliyyə qrupu bundan sonra yeni neft və qaz yataqlarının işlənməsi üçün maliyyə ayırmayacaq.

Bu barədə cümə axşamı qurumun saytında dərc olunmuş press-relizdə deyilir.

“BNP Paribas” artıq maliyyə şərtlərindən asılı olmayaraq, yeni neft və ya qaz yataqlarının işlənməsi layihələrini maliyyələşdirmir və müvafiq olaraq sektoral siyasətini yeniləyib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, şirkət enerji sektorunda aşağı karbonlu layihələrin maliyyələşdirilməsinin payını 80 %-ə çatdırmaq məqsədinə sadiqdir.

“BNP Paribas” 2000-ci ildə “Banque Nationale de Paris” (BNP) bankının və “Paribas” investisiya bankının birləşməsi nəticəsində yaranıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər