20 C
Baku
Tuesday, April 30, 2024

BNP Paribas

Dünyanın ən iri altı bankından biri olan BNP Paribas iki əsr müddətində davam edən sonsuz bank birləşmələri və qoşulmaları ilə əlamətdardır.

Hər şey gənc biznesmen Lui Bişoffşeymin 1820-ci ildə Amstredamda kiçik bank yaratması ilə başladı, bankı həmin dövrdə mövcud olan ənənəyə görə öz adı ilə Bischoffsheim adlandırdı. 

1827-i ildə onun qardaşı Conatan Rafael bankın Belçikanın Antverpen şəhərində yerləşən filialına başçılıq etməyə başladı. Bir müddət sonra bankın adına daha bir soyad – Goldschmidt əlavə edilərək dəyişdirilmişdi. Bu onunla əlaqədar idi ki, Lui bankir Xaim Qoldşmitin qızı ilə evlənmiş, sonuncu isə öz növbəsində ailə biznesində iştirak etmək və qızına cehiz olaraq öz kapitalının böyük bir hissəsini kürəkəninin bankına yatırmaq qərarına gəlmişdir.

İnstitutun fəaliyyəti o qədər müvəffəqiyyətli olmuşdur ki, artıq 1846-cı ildə Paris, 14 il sonra isə Londonda filial açılmışdı. Ilk əhəmiyyətli müqavilə 1863-cü ildə Amsterdam bankı Banque de Credit et de Depot des Pays-Bas ilə qovuşması nəticəsində baş vermişdir. Bu hadisələrə paralel olaraq, BNP Paribas-ın inkişaf tarixində mühüm rol oynayacaq yeni bir bank yarandı. Fransa bankir və investorlar ittifaqı 1869-cu ildə Banque de Paris-in əsasını qoydular. Üç ildən sonra Pays-Bas ilə birləşmə baş tutdu və ilkin kapitalı 125 mln frank olan Banque de Paris et des Pays-Bas adı altında yeni bir təşkilat yarandı.

1848-ci il də BNP Paribas üçün əhəmiyyətli mərhələ oldu. Məhz bu ildə Elzas fabrikçilər cəmiyyəti tərəfindən Comptoir National d’Escompte de Mulhouse-in əsası qoyuldu.

1870-ci ildə almanlar Fransanı işğal etdilər və bununla da CEM-in (həmin dövrdə bankın adı yenidən dəyişdirilmişdi) baş qərargahının yerləşdiyi Elzas ələ keçirildi və hökumət biznesi iki seqmentə bölmək ilə bağlı çətin qərar verməli oldu. Nəticədə zəbt edilmiş Elzasda yalnız üç şöbə qalmışdı, yerdə qalanlar isə 20-ci əsrin əvvəllərində çiçəklənmə dövrünü keçirən yenidən yaradılmış Banque Nationale de Credit bankına yönəldilər.

Sonralar da sonsuz sayda birləşmə və bank strukturlarının yenidən təşkili baş vermişdir, bu proses 1966-cı ildə Banque Nationale de Paris-in yaradılmasına qədər davam etmişdir, məhz BNP abreviaturasının mənası bu sözlə bağlıdır. Bununla yanaşı, o bir sıra dəyişiklərdən də yan keçə bilmədi, lakin nəticədə Fransanın ən iri, Avropanın isə ikinci ən böyük bankı oldu və kapitalın həcminə görə dünya üzrə yeddinci yerə çıxa bildi.

2000-ci ildə eyniadlı aktivlərin birləşməsi nəticəsində BNP Paribas adı altında həcminə görə Avropanın üçüncü ən böyük bankı yarandı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər