Amerikanın “BNY Mellon” bankı Rusiyanın qiymətli kağızlarına investisiya yatırmaq imkanını dayandırıb.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, qərar Ukraynada münaqişənin kəskinləşməsi ilə əlaqədar qəbul edilib.
“BNY Mellon Rusiyada bank işini, eləcə də bu ölkənin qiymətli kağızlarına investisiyaları dayandırıb”, – deyə mesajda bildirilib.
Bank sanksiyaların və Rusiya qiymətli kağızlarını almaqdan imtinanın 2022-ci ilin birinci rübündə gəlirin 100 milyon dollar azalmasına səbəb olacağını gözləyir. Bundan əlavə, “BNY Mellon” humanitar məqsədlər üçün təxminən 1 milyon dollar ianə edəcək. Daha əvvəl bir sıra aparıcı beynəlxalq şirkətlər Rusiya qoşunlarının Ukraynaya daxil olması ilə əlaqədar Rusiyada biznesin dayandırıldığını və investisiyaların azaldığını elan etmişdilər.