“BOA Agency” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcəyini elan edib.
Banker.az xəbər verir ki, iclas 4 oktyabr 2026-cı il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, 36D ünvanında yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) tutulacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
Cəmiyyətin III rüb üzrə maliyyə nəticələrinin müzakirəsi.
-
Mənfəət üzrə dividendlərin verilməsi.
-
Cari məsələlər.
Xatırladaq ki, “BOA Agency” — Azərbaycanda fəaliyyət göstərən kollektor və borc idarəetmə şirkətidir. Şirkət 2011-ci ildə hüquq və maliyyə sahəsi üzrə mütəxəssislər tərəfindən yaradılıb. Əsas fəaliyyəti problemli borcların, kreditlərin və digər öhdəliklərin geri qaytarılmasıdır.







