10 C
Baku
Thursday, December 26, 2024

“BOA Agency” ötən ili mənfəətlə başa vurub

“BOA Agency” ASC 2023-cü ili 2 milyon 411 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 816 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 3 dəfəyə yaxın artması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Xatırladaq ki, “BOA Kollektor Agentliyi” 2011-ci ildə yaradılıb. Qurum vaxtı keçmiş borcların yığılması ilə məşğuldur. “BOA Kollektor Agentliyi” MMC adını və təşkilati-hüquqi formasını “BOA Agency” ASC-yə dəyişib.

Son xəbərlər
Digər xəbərlər