“BOA Agency” ASC-nin səhmdarların ümumi yığıncağı 10.01.2025-ci il tarixində saat 11:00-da Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) növbədənkənar iclası keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə illik maliyyə nəticələrinin ilkin müzakirəsi və dividentin müzakirəsi daxildir.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə edə bilərsiniz.
“BOA Agency” ASC-nin səhmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).