27 C
Baku
Friday, July 19, 2024

“BOA Agency” yarım ildə mənfəət edib

“BOA Agency” ASC 2023-cü ilin 1-ci yarımilliyini 819 min manat mənfəət əldə edib. Əvvəlki dövrdə mənfəəti 816 min manat olub ki, bu da illik müqayisədə 0.4% mənfəətin artması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “BOA Agency”nin əsas əmıəliyyat gəlirləri 3 milyon 303 min manat, sair əməliyyat gəlirləri 40 min manat təşkil edib.

Hesabat dövründə “BOA Agency”nin cəmi aktivləri 9 milyon 908 min manatdan 12 milyon 664 min manata, cəmi öhdəlikləri 8 milyon 738 min manatdan 10 milyon 671 min manata, cəmi kapitalı 1 milyon 170 min manatdan 1 milyon 993 min manata çatıb.

Xatırladaq ki, “BOA Kollektor Agentliyi” 2011-ci ildə yaradılıb. Qurum vaxtı keçmiş borcların yığılması ilə məşğuldur. “BOA Kollektor Agentliyi” MMC adını və təşkilati-hüquqi formasını “BOA Agency” ASC-yə dəyişib.

Son xəbərlər
Digər xəbərlər