5 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “BOA Agency” ASC-nin AZ1001025407 dövlət qeydiyyat nömrəli 86 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb. Bu barədə Banker.az-a BFB-dən bildirilib.
Abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 1 manat qiymətindən 2 sifariş təqdim edilib.
Şirkətin səhmdarları Yədulla Yusifov və Rüstəm Hacıyevdir. Onlaın bu şirkətdə hər birinin 50% payı var. Ehtimal ki, iki şəxs bu səhmləri bərabər şəkildə əldə ediblər.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 86 000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 86 000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Xatırladaq ki, “BOA Kollektor Agentliyi” 2011-ci ildə yaradılıb. Qurum vaxtı keçmiş borcların yığılması ilə məşğuldur. “BOA Kollektor Agentliyi” MMC adını və təşkilati-hüquqi formasını “BOA Agency” ASC-yə dəyişib. Şirkətin səhmdarları Yədulla Yusifov və Rüstəm Hacıyevdir. Onlaın bu şirkətdə hər birinin 50% payı var.