14 C
Baku
Thursday, May 16, 2024

“BOA Agency”nin səhmlərinin BFB-dən çıxarılma səbəbi məlum oldu

“BOA Agency” ASC-nin səhmləri Bakı Fond Birjasında delistinq olunub.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Qeyd edək ki, 23 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə ” BOA Agency ” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

15 fevral 2024-cü il tarixində “BOA Agency” ASC-nin AZ1001025407 ISIN kodlu səhmləri, “28” oktyabr 2021-ci il tarixli “Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili qaydaları”-nın 13.1.2 və 14.13-cü bəndlərin tələblərinə uyğun olmadığından delistinq olunmuşdur.

BFB-nin 14.13-cü bəndinə əsasən birjada qiymətli kağızların ticarətə buraxılması Listinq Komitəsi tərəfindən qərarın qəbul edildiyi tarixdən ən geci 60  gün ərzində həyata keçirilməlidir.

“BOA Agency” ASC-nin səhmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).

Son xəbərlər
 ⁠
Digər xəbərlər