20 C
Baku
Thursday, May 30, 2024

“Bobo” olmaq üçün nə etmək lazımdır?

AdMarginem nəşriyyatında Devid Bruksun “Bobo cənnətdə: yeni elitanın yarandığı yer” adlı kitabı nəşrdən çıxdı. Amerikalı sosioloq və jurnalist son 20 ildə ABŞ-da yaranan yeni sinfi tədqiq etməyə cəhd edib. Onu adlandırmaq üçün Bruks yeni “bobo” (bourgeois bohemian – bohem burjuaziyası) neologizmini yaratdı. Bobo nə ənənəvi burjua varlıları kimi, nə də ənənəvi yaradıcı bohemiya nümayəndələri kimi deyil. Bəs “bobo”lar hansı qaydalarla yaşayır? Aşağıda müəllifin yeni elitanın həyatını əks etdirən bir neçə cəhətlər tanış ola bilərsiniz:

Birinci qayda: “Dəbdəbə üçün böyük məbləğlərdə pul xərcləmək – bərbad zövqdür. Mədəni insanlar yalnız zəruri predmetlərə böyük məbləğdə pul xərcləyərlər”.

İlk olaraq bizim həyati vacib tələbatlarımızdan – məsələn, ev, qida, paltar və s. zəruri şeylərdən əlavə çox da vacib olmayan, lakin digər insanların arasında özümüzü yaxşı hiss etməyimizə səbəb olan predmetlərə marağı hələ qədim dövrlərdə Aristotel müəyyən etmişdi. Bobolar məhz bu fikrə əsaslanırlar. Təhsilli sinfin elit nümayəndələri könül rahatlığı ilə zərurət kimi qəbul edilən şeylərə inanılmaz məbləğlər xərcləyə bilərlər, lakin əlavə şeylərə pul xərcləməzlər. Məsələn, onlar hamam otağının qurulması üçün 25 min dollar ödəyərlər, lakin akustik sistem və yaxud böyük bir televizor üçün heç vaxt 15 min dollar ödəməzlər.

Digər bir misal da göstərmək olar. Onlar yürüyüş çəkmələrinə yüzlərlə dollar pul ödəyə bilərlər. Lakin eyni qiymətə dəbdəbəli dəri ayaqqabı almazlar.

İkinci qayda: “ixtisaslı” şeylər hər bir xərcə haqq qazandırır, hətta əgər bunlar sizin ixtisasınıza aid olmasalar da.

Etiraf etmək lazımdır ki, komandanı Everestə qədər aparıb çıxaran ixtisaslı alpinist, bələdçi çox azdır. Lakin bu o demək deyil ki, həddindən artıq yüngül Alpenglow çəkmələri bizə lazım olmayacaq. Şirniyyatçı olmasanızda heç nə sizə 300 dollara toster almağınıza mane olmur.

Üçüncü qayda: “Xırdalıqlara belə ən böyük üstünlüklər qazandırın”.

Bobolara dəbdəbəli, çox bahalı şeylər lazım deyil və onlar istəmirlər ki, onların sizdə hər hansı bir təəssürat yaratmaq istədiklərini düşünəsiniz. Əgər sizin hamam otağınızda uşaqların toxuna bilməməsi üçün dərmanlar üçün xüsusi şüşəli şkaf varsa bu o deməkdir ki, siz onların qayğısına qalırsınız.

Siz konserva qutusunun ağzını xüsusi ağız açanla açdıqda həyatdan inanılmaz enerji alırsınız. Masa arxasında brilliant bəzək əşyalarından danışmaq nahar zamanı masa arxasında danışmaq üçün uyğun mövzu deyil. Lakin söhbətə salat üçün nəzərdə tutulmuş Afrikan motivləri ilə bəzədilmiş çəngəllərdən başlamaq tam yerinə düşər.

Dördüncü qayda: “Sadəşləşdirmə ali təhsilli təbəqə üçün əsas məsələ kimi”.

Biz, ali təhsilli təbəqənin nümayəndələri bizə rədd etdiyimiz həyatı bizə xatırladan predmetlər ilə əhatə etmişik. Biz əlimizdə mobil telefonlar və planşetlər sıxaraq inamla gələcəyə doğru hərəkət edirik. Lakin özümüzü ənənəvi mədəniyyətlərin obyektləri, arxaik və gözləməyən zaman ilə əhatə edirik. Biz daima öz üstün mövqelərimizi etiraf etsək də, aşağı səviyyəli əşyalardan istifadə edirik.

Və burada məsələ ikiüzlülükdə deyil. Biz sadəcə balans axtarırıq. Biz istəmirik ki, bizim ehtiyacsızlığımız merkantilizm üçün əsas olsun. Beləliklə, biz əmin-amanlığın axtarışındayıq. Biz orada öz məqsədlərimizdən qaçaraq, sadəcə oturub dincələcəyimiz bir şəxsi ev inşa etmək arzusundayıq.

Beşinci qayda: “Ziyalılar nə vaxtsa daha əlçatan olan şeylərə böyük məbləğdə pul xərcləyirlər”.

Biz də digərləri kimi toyuq ayaqları alırıq. Lakin bizim aldığımız ayaqlar sərbəst gəzən və hətta Elizabet Taylordan daha yaxşı qulluq edilən toyuqlara məxsus olur. Nəticədə də biz əvvəllər çox ucuz, lakin indi qiyməti həddindən artıq şişirdilmiş qiymətə bunları alırıq: məsələn, bir fincanı 3,75 dollara olan qəhvə, bir şüşəsi 5 dollar olan su, bir parça sabun 12 dollar, bir dənəsi 1,5 dollara olan italyan peçenyesi, bir bağlaması 9,95 dollar olan əriştə və s. Hətta bizim adi ağa köynəklərimiz belə 50 dollardır.

Altıncı qayda: “Ziyalı elitanın nümayəndələri geniş seçim etmək imkanı verən mağazalara üstünlük verirlər, lakin qiymət kimi banal şeylər onlar üçün əhəmiyyət daşımır”.

Mağazalarda alış-veriş zamanı biz yalnızca öz geniş maraqlarımız haqqında düşünmürük. Həmçinin biz bir malı almaqla sosial transformasiyalarda da iştirak etmək istəyirik. Alış-veriş zamanı biz ciddi kataloqlardan paltar seçirik. Bu zaman əldə etdiyimiz hər bir şeyi aldıqda bizdə alış-verişə qarşı təmənnasız enerji yaranır.

Bizim, yəni yüksək elitanın nümayəndələri üçün qidanın ekoloji təmiz olması böyük ruhi əhəmiyyətə malikdir. Bunun üçün də biz pestisidlərdən imtina edən fermerlər tərəfindən hazırlanan təbii tərkibli qidalarda təkid edirik.

Son xəbərlər
 ⁠
Digər xəbərlər