6 C
Baku
Sunday, December 15, 2024

Bodo Şeferdən hamıya kömək olacaq tövsiyələr

Bodo Şeferin “MONEY və ya pullarla təkbətək” və “Pullar qadınlara yaxşı təsir” edir kitabları əsasında

1. 72 saat. Əgər sən nəyisə çox güclü şəkildə istəyirsənsə, onda yaxın 3 sutka ərzində fəaliyyətə keç ki, öz arzuna yaxın düşə biləsən. Bu ən müxtəlif fəaliyyət növü ola bilər, kitab oxumaq, lazımı bilikləri və informasiyanı toplamaq və s. Məqsədə yaxınlaş.

2. Öz arzularının siyahısını tut (10 punkt). Tələsmə, bu sənin bir neçə gün ərzində də vaxtını ala bilər, arzularını dəqiq müəyyən et. “Dahi işləri hələ xırda ikən həyata keçir, çünki bütün dahiliklər adi, xırda işlərdən başlayır”.

3. Vizuallaşdır. Öz arzuların haqqında daha tez-tez düşün, təsəvvür et ki, artıq onlara müvəffəq olmusan, sənin artıq hər şeyin vardır, hissləri yaşa, ətirləri duy. Arzularına toxun. Öz arzularını mümkün qədər səlis təsəvvür et. Arzular albomu yarat. Xoşuna gələn, arzun ilə bağlı bütün şəkilləri kəs və o, albomda yerinə yapışdır.

4. İndi isə 10 punktun içərisindən sənin üçün ən vacib olanları, ən çox əhəmiyyət daşıyanını seç.

5. Özünün üç ülvi arzunu yerinə yetirmək üçün pula qənaət etməyə başla. Özün üçün 3 ədəd əmanət bankası ayır və onlara bacardığın qədər pul ayır.

Beləliklə sən vizuallaşdırmağa başlayırsan, şəkilləri kəsirsən, pulları ayırırsan. Bu artıq sənin arzunun gerçəkləşməsi istiqamətində edilmiş vacib addımdır. Sən bütün bunları edərkən dönə-dönə öz arzunu xatırlayacaq, bu haqda düşünəcək və beləliklə onların reallaşması üçün yeni üsullar düşünüb tapacaqsan.

6. Mütləq öz niqtindən “cəhd edərəm”, “çalışaram” kimi sözləri yığışdır. “Mən bunu edəcəyəm” və ya “etməyəcəyəm” kimi sözlərlə danış.

7. Hal-hazırda qazandığın pulla yaşamağı öyrən. Qazandığımız pulun miqdarı deyil, bizim onlarla necə davrandığımız daha vacibdir

8. Sənə əlavə qazanc gətirə biləcək bütün ideyaları yaz. Amma yadında saxla ki, sən bu işləri yaxşı şəkildə bacarmalısan və onlar sənin ürəyincə olmalı, sən o işləri görməyi sevməlisən. Yalnız bundan sonra irəli gələrək hərəkət et: «bacararam» və «bəyənirəm».

9. Özünə olan inam hissini artırmaq çox vacibdir. “Bir az artıq özünə əminlik hissinə malik olmaq daha yaxşıdır, nəinki özünə inamsızlıqdan əziyyət çəkmək”.

Ona görə də hər gün öz “Uğur jurnalına” həmin gün yaxşı yerinə yetirə bildiyin beş tapşırığı (və ya əməli) yaz.

Son xəbərlər
Digər xəbərlər