33 C
Baku
Saturday, July 20, 2024

Bodrum, Adana və Mersin alov içində – hotellər yanır

Türkiyədə meşə yanğınları Bodrum, Marmaris, Adana, Kayseri və Mersinə də çatdı.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda turistik məkanlarda hotellərdən turistlərin təxliyə olunduğu görünür.

Qeyd edək ki, Türkiyədə artıq iki gündür ki, meşə yanğınları davam edir. Təbii fəlakətin başlamasına səbəb kimi havanın yüksək temperaturu göstərilib.

Məlumat üçün bildirək ki, artıq bir çox hotellərdən insanlar təxlis ediliblər. Bu hotellərin bir çoxundan Azərbaycandan olan turistlərdə olub.

Son xəbərlər
Digər xəbərlər