Muğlanın Bodrum rayonunda baş verən meşə yanğını otellər üçün təhlükə yaratdığına görə 3 min nəfər təxliyə olunub.
Dəniz yolu ilə təxliyə edilən şəxslər Güvercinlik məhəlləsinə gətrirlib, Bodrum Bələdiyyəsinin əməkdaşları onları başqa otellərə yerləşdiriblər.
Qeyd edək ki, bu gün Türkiyənin 8 vilayətində 50-dən çox yerdə yanğın baş verib.
Böyükmiqyaslı yanğn fəlakətilə əlaqədar araşdırma başlanıb.