“Boeing” şirkəti 25 milyard dollar dəyərində istiqraz buraxdığı üçün ABŞ-ın maliyyə yardımına ehtiyac duymur. Banker.az xəbər verir ki, bu barədə konsernin rəsmi saytında məlumat yayılıb.
“Biz bazarda əlavə maliyyə mənbələri axtarmağı və ya ABŞ hökumətinin yardım etmək təklifinə müraciət etməyi planlaşdırmırıq”, – açıqlamada deyilir.
Xatırladaq ki, daha əvvəl ABŞ hökuməti 2,2 trilyon dollarlıq iqtisadi dəstək planını qəbul etmişdir.
Qeyd edildiyi kimi, “Boeing” şirkəti 737 MAX təyyarələri istifadədən çıxarılandan sonra maliyyə böhranı ilə üzləşib. 2018-ci ildə təyyarə qəzası nəticəsində 189 nəfər, 2019-cu ildə isə 346 nəfər dünyasını dəyişib.