10 C
Baku
Tuesday, November 12, 2024

“Boeing” 58 ildən sonra ilk dəfə sifariş almadı

Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan “Boeing” korporasiyası 1962-ci ildən bəri ilk dəfə təyyarələrin tədarükü üçün yeni sifariş almayıb.

Bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

Lakin, onun əsas rəqibi Avropa aviaistehsalçısı “Airbus” şirkəti, ticarət təyyarələrinin tədarükü üçün 274 yeni sifariş alıb.

2019-cu ildə Amerikanın “Boeing” şirkətinin xalis zərəri 636 milyon ABŞ dollar təşkil edib. 2018-ci ildə isə şirkətin gəliri 10,46 milyard ABŞ dollar olub.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında “Boeing 737 Max” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, 2019-cu ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olmuşdu.

Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoymuş, bir çox hava şirkətləri də onların istismarını dayandırmışdı. Araşdırmalar zamanı Manevretmə Xarakteristikaları Artırma Sisteminin (MCAS) fəaliyyətində qüsurlar aşkar edilmişdi.

©Report

Son xəbərlər
Digər xəbərlər