23 C
Baku
Tuesday, May 28, 2024

“Boeing” “737 MAX” təyyarəsinin istehsalını artıracaq

“Boeing” şirkəti “737 MAX” seriyalı sərnişin təyyarəsinin istehsalını artıracaq.

Bu barədə “Reuters” şirkətin daxili sənədlərdə məlumat verilib.

Belə ki, “Boeing Commercial Airplanes” departamentinin rəhbəri Sten Dil tərəfindən işçilərə göndərilən elektron məktublarda deyilir ki, yeni “Boeing 737 MAX” təyyarələrinin istehsal xətti korporasiyanın Vaşinqtondakı zavoduna 2024-cü ilin ortalarında açılacaq.

Bundan əlavə, korporasiya eyni ştatda yerləşən Renton zavodunda üçüncü “Boeing 737 MAX” üçün istehsal xəttini yenidən işə salacaq. Qərarın səbəbləri bu modelə yüksək tələbatla bağlıdır.

Xatırladaq ki, 2018-ci ilin noyabrında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər həlak olub. 2019-cu ilin martında isə Efiopiyaya məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya düşməsi 157 nəfərin ölümünə səbəb olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər