ABŞ-ın “Boeing” korporasiyası problemli 737 MAX təyyarələrinin istismara geri qaytarılması ilə bağlı artan qeyri-müəyyənlik şəraitində sözügedən təyyarələrin istehsalının dayandırılmasını və ya azaldılmasını nəzərdən keçirir.
“The Wall Street Journal” xəbər verir ki, şirkət rəhbərliyi getdikcə bu nəslə aid təyyarələrin buraxılışını tamamilə dayandırmağa meyillənir.
Nəşr qeyd edib ki, təyyarələrin istehsalının dayandırılması korporasiyada və bütün aerokosmik sənayedə iş yerlərinin azalmasına gətirib çıxara bilər.
Xatırladaq ki, “Boeing” şirkəti 737 MAX tipli təyyarələrin iştirakı ilə baş vermiş iki qəzadan sonra 2019-cu ilin aprelində sözügedən təyyarələrin uçuşunun dayandırıldığını açıqlamışdı.
©Oxu.az