22 C
Baku
Thursday, August 11, 2022

“Boeing 737 MAX”ın sınaq uçuşu mühərrikdəki problem səbəbindən dayandırılıb

“Air Canada” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsinin heyəti ABŞ-ın Maran şəhərindən Kanadanın Monreal şəhərinə sınaq uçuşu yerinə yetirərkən məcburi eniş edib.

“Kommersant”ın verdiyi məlumata görə, məcburi eniş təyyarənin mühərrikindəki problemlər səbəbindən baş verib. Avialaynerdə yalnız üç ekipaj üzvü olub.

Qeyd olunub ki, uçuşa başlayandan dərhal sonra ekipaj sol mühərrikin hidravlik sistemində aşağı təzyiqin olduğunu aşkarlayıb. Əvvəlcə komanda uçuşu davam etməyə qərara gəldi, lakin yanacaq tarazlığının pozulması alınan siqnaldan sonra ABŞ-ın Tukson şəhərində təcili eniş edib.

Xatırladaq ki, “Boeing 737 MAX” tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada (“Lion Air”) və 2019-cu ilin martın 10-da Efiopiyada (“Ethiopian Airlines”)) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Hazırda dünyada təxminən 500 “Boeing 737 MAX” təyyarəsi mövcuddur.

Son xəbərlər
Oxşar xəbərlər