“Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər”

Amerikanın “Boeing” şirkəti, tələbin az olması səbəbindən “787 Dreamliner” təyyarələrinin istehsalını azaltmağı düşünür.

Banker.az xəbər verir ki, Report Agentliyinin məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər yayıb.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Qeyd olunub ki, şirkət rəhbərliyi ayda 12 təyyarə yerinə 10 təyyarə istehsal etməyi planlaşdırır. “Boeing”in yeni istehsal cədvəli gələn həftə şirkətin gəlirləri haqqında hesabat açıqlanan zaman dərc ediləcək.

Bildirilib ki, hələlik son qərar verilməyib.

“Bloomberg” qeyd edib ki, artıq şirkət ötən ilin oktyabrında ay ərzində istehsal olunan təyyarələrin sayını azaldıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları