ABŞ-ın “Boeing” aerokosmik şirkəti “Alaska Airlines” aviaşirkətinə 23 ədəd “Boeing 737 MAX” təyyarəsinin tədarükünü nəzərdə tutan müqavilə imzalayıb.
TASS xəbər verir ki, müvafiq sənəd konsernin saytında dərc olunub.
Sənədə əsasən, razılaşma 2020-ci ilin dekabrında əldə edilib, ancaq müqavilənin şərtləri indi razılaşdırılıb.
Söhbət 23 ədəd dördüncü nəsil “737 MAX 9” təyyarəsinin tədarükündən gedir. “Alaska Airlines” şirkətinin “Boeing”dən sifariş etdiyi təyyarələrin ümumi sayı 120-dək artıb.